- Baxış sayı: 26
- 30 Mart 2026 15:51
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

Məşqlərini davam etdirən “Kəpəz”in düşərgəsindən sevindirici xəbərlər var. Allsport.az saytı xəbər verir ki, “sarı-göylər”in uzun müddət zədəli olan Dieqo Souza, Samir Zərgərov və Şadon Vinçester tam sağalaraq komanda ilə birgə hazırlığa başlayıblar.
Daha ağır kimi qiymətləndirilən adı sonuncu çəkilən futbolçunun bərpası gözlənildiyindən tez baş verib. Özünü yaxşı hiss edən hücumçu artıq kollektivə qoşulub.
Klubun tibbi heyətinin narahat edən yeganə məqam Kamran Abdullazadənin zədələnməsidi. Məşqdə sıradan çıxan futbolçu müalicə olunur. Yarımmüdafiəçinin diz bağlarında dartılma var.