- Baxış sayı: 23
- 26 Noyabr 2024 10:05
- Baxış sayı: 129
- Noyabr 25, 2024
- 0
Gəncənin “Kəpəz” klubu Azərbaycan çempionatları tarixində 50-ci ev məğlubiyyətini alıb. Allsport.az saytı xəbər verir ki, bu,Premyer Liqanın 34-cü turunun “Neftçi” ilə matçına təsadüf edib.
Gəncədə 2:1 hesablı əzmkar qələbə qazanan paytaxt təmsilçisi qərblilərin doğma azarkeşlər önündə keçirdiyi 251-ci qarşılaşmada 50-ci dəfə xalsız qalmasına səbəb olub. İndiyədək öz meydanında keçirdiyi matçlarda 165 qələbə qazanıb, 36 heç-heçə edən “Kəpəz” 572 qol vurub, 215-ni buraxıb.
“Neftçi” və “Qarabağ” Gəncədə hamıdan çox – hərəyə 7 qələbə qazanıb. “Bakı” 6, “Xəzər Lənkəran” 5, “İnter”, “Turan”, AzAL hərəyə 4, “Şəmkir” 3, “Simurq” 2 dəfə “Kəpəz”in meydanında qalib gələ bilib. Digər 8 komanda isə hərəyə 1 dəfə bunu bacarıb.