“Kəpəz”in aparıcı yarımmüdafiəçisi 3 həftə futbol oynaya bilməyəcək

Premyer Liqanın 8-ci turunda AzAL ilə səfər oyununun sonunda zədələnən “Kəpəz”in futbolçusu Dario Federikonun durumuna aydınlıq gəlib. Allsport.az saytı xəbər verir ki, MRT müayinəsindən keçən braziliyalıya birinci dərəcəli əzələ yırtğı diaqnozu qoyulub.

Bu isə o deməkdir ki, yarımmüdafiəçi qarşıdakı 3 həftə futbol oynaya bilməyəcək. Klubun tibb personalının verdiyi məlumata görə, Frederiko yalnız gələn ayın əvvəlində məşqlərə başlaya biləcək. Bu müddət ərzində onun müalicəsi Bakıda aparılacaq.

Xatırladaq ki, Dario ötən il də məhz “təyyarəçilər”lə Bakıda keçirilən görüşdə zədələnərək mövsümün sonuna kimi sıradan çıxmışdı.

Həmin kateqoriyadan