“Kəpəz”in braziliyalı futbolçusu vətənində əməliyyat olunacaq

“Kəpəz”in zədəli futbolçusu Dario Frederikonun durumu ilə bağlı vəziyyət müəyyənləşib. Allsport.az xəbər verir ki, meniski zədələnən futbolçu Maqnit Rezonans Tomoqrafiyasından keçib və bundan sonra zədənin ciddi olduğu üzə çıxıb. Həkimlərin qərarına əsasən, yarımmüdafiəçi əməliyyat olunmalıdır.

“Kəpəz” PFK-nın rəhbərliyi məsləhətləşmələrdən sonra Frederikonun vətəni Braziliyada əməliyyat olunmasına qərar verib. Darionun bütün əməliyyat xərcləri və bərpaedici proses üçün tələb olunan maliyyə vəsaiti klub tərəfindən ödəniləcək.

“Sarı-göylər”in aparıcı futbolçusu noyabrın 12-də Braziliyaya yola düşəcək.

Qeyd edək ki, Frederiko Topaz Premyer Liqasının XII turunda AzAL-la oyunda zədələnərək əvəzlənmişdi.

Həmin kateqoriyadan