“Kəpəz”in düşərgəsində qalmaqal
5 oktyabr 2017 / 14:14 Baxış sayı: 949 Premyer liqanın autsayderi “Kəpəz”in düşərgəsində dava düşüb. Allsport.az saytı xəbər verir ki, Gəncə təmsilçisinin icraçı direktorunun müavini Cəfər Hacıyev adam döyüb. Bu barədə “Futbol+” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, Gəncə stadionunun ot örtüyünə qulluq edən SİS şirkətinin nümayəndəsi Orxan adlı şəxs Hacıyevin qəzəbinə səbəb olub. Əvvəlcə sözlü mübahisə edən tərəflər sonradan tutaşıblar. Nəticədə Cəfər Hacıyev qəbələli Orxanı döyüb.
Bundan xəbər tutan klub rəhbərliyi icraçı direktor Cabir İbrahimova yaxın şəxs sayılan Hacıyevi işindən qovub. Klubun sözçüsü Azad Mustafayaev Cəfər Hacıyevin “Kəpəz”dəki işindən ayrıldığını təsdiqləyib.