- Baxış sayı: 32
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 33
- Noyabr 26, 2024
- 0
Yeni mövsüm üçün “Kəpəz”in hazırlıq planı məlum olub. Allsport.az saytı xəbər verir ki, iyulun 3-4-də Bakıda tibbi müayinədən keçəcək futbolçular ayın 5-dən məşqlər üçün bir araya gələcəklər. Komanda iyulun 14-nə kimi paytaxtda hazırlaşacaq. Bu müddətdə Gəncə klubu bir yoxlama oyunu keçirməyi planlaşdırıb.
Təlim-məşq toplanışının növbəti mərhələsi üçün “sarı-göylər” Türkiyəyə yollanacaq. “Kəpəz” ayın 15-dən 25-nə kimi Ərzurumda məşq edəcək. Qardaş ölkədəki toplanış dövründə komanda üç yoxlama oyunu keçirəcək.
Gəncəlilər iyulun 20-də, 22-də və 24-də sınaq matçlarına çıxacaq. Türkiyədən qayıtdıqdan sonra “Kəpəz” çempionata hazırlığın son mərhələsi üçün məşqləri Bakıda davam etdirəcək.