- Baxış sayı: 33
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 117
- Noyabr 25, 2024
- 0
“Qələbə qazanmalıydıq, təəssüflər olsun ki, uduzduq. Məğlubiyyətə görə komandanın adından azarkeşlərimizdən üzr istəyirəm. İstəməzdik belə olsun”. Allsport.az xəbər verir ki, bu sözləri klub saytına “Kəpəz”in kapitanı Tural Axundov söyləyib.
Axundov Azərbaycan kubokunun 1/8 final mərhələsində “Xəzər Lənkəran”la səfər oyununda minimal hesablı məğlubiyyətdən danışarkən belə deyib: “Fərqlənmək üçün imkanlarımız oldu, sadəcə, qol epizodlarını reallaşdıra bilmədik. Rəqibin qapısına doğru təşkil olunan hücumları qolla tamamlamalı idik. Problem qol vura bilməməyimizdədir. Böyük hesabla uda da bilərdik, uduza da. Bu məğlubiyyəti yaddan çıxardıb, fikrimizi çempionata cəmləməliyik. Qış fasiləsinə kimi dörd oyun qalıb. Maksimum nəticə göstərib turnir cədvəlində vəziyyətimizi yaxşılaşdırmalıyıq”.
“Kəpəz” iki həftədən sonra yenidən “Xəzər Lənkəran”la üz-üzə gələcək. Bu dəfə “sarı-göylər” Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində cənub regionuna səfər edəcək: “Çempionat oyununda qələbə qazanmaqla kubokdakı məğlubiyyətin revanşını almağa çalışacağıq. İnşallah, üç xal bizim olacaq”.