- Baxış sayı: 35
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Bu gün “Kəpəz” premyer liqanın 26-cı turunda Tovuzda “Neftçi” ilə 3:3 bərabər qaldı. Matçdan sonra “sarı-göylər”in kapitanı Yeqor Xvalko allsport.az saytına bunu söylədi:
“3 dəfə hesabda irəlidə olduq, amma bu üstünlüyü hər dəfə qoruya bilmədik. Açığı, nəyə görə belə olduğunu özüm də söyləməyə çətinlik çəkirəm.
“Neftçi”nin hücum qura bilməməsi üçün, ötürmələrdə hər an özünənəzarət vardı. Düzdür, rəqibin ustalıq səviyyəsini də qiymətləndirmək lazımdır – onlar təcrübəlidirlər.
Çoxlu qollar vurmağımız məni sevindirir. Özəlliklə, yeni təqvim ilindən sonra bu istiqamətdə irəliləyiş var. Bu gün uda da bilərdik, uduza da. Azarkeşlər üçün maraqlı oyun oldu. Məncə, heç-heçə ədalətli nəticə idi”.