- Baxış sayı: 24
- 27 Noyabr 2024 15:55
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
17-ci tur “Kəpəz”in kapitanı Şəhriyar Rəhimov üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, “Qarabağ”la səfər qarşılaşması (1:0) 29 yaşlı yarımmüdafiəçinin Azərbaycan çempionatlarında 200-cü oyunu olub.
2007/08 mövsümündə premyer liqada debüt edən Rəhimov bu 11 çempionatda 5 klubun şərəfini qoruyub. Hesabında 10 qol olan yarımmüdafiəçi “Kəpəz”də 78 (6 qol), AzAL-da 56 (2 qol), “Rəvan”da 31 (1 qol), “İnter”də 23, “Karvan”da 12 (1 qol) oyuna çıxıb.
Qeyd edək ki, Şəhriyar Azərbaycan çempionatlarında 200 və ya daha çox oyun keçirən 122-ci futbolçudur.