- Baxış sayı: 101
- 20 Mart 2026 23:43
- Baxış sayı: 139
- Mart 19, 2026
- 0

“Kəpəz”in 2-ci komandasının məşqçisi Orxan Verdiyev cəzalanıb.
Allsport.az xəbər verir ki, buna çalışdırıcının əvəzedicilər liqasının XXVI turundakı davranışı səbəb olub.
Məşqçi “Kəpəz-2” – “Neftçi-2” oyununun 76-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Verdiyev cəzalandıqdan sonra hakimə təzyiq göstərməyə cəhd edib.
AFFA-nın intizam komitəsi onu 5 oyunluq diskvalifikasiya edib. “Kəpəz-2” komandası 400 manat cərimə olunub.