- Baxış sayı: 37
- 29 Mart 2026 21:40
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

“Kəpəz”in futbolçusu Yusif Nəbiyev açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, premyer liqanın 25-ci turunda “Sabah”a qarşı səfərdə matçı barədə bunu deyib:
“”Sabah”la oyunumuz çətin olacaq. Lakin görüşə hazırlığımız yaxşı əhval-ruhiyyədə gedir. Yaxşı motivasiya ilə hazırlaşırıq. Çünki ardıcıl 2 oyunluq uğurlu seriyamız var. “Sabah” güclü komandadır. Amma sözün əsl mənasında biz onlardan çəkinmirik.
Öz oyunumuzu oynayacağıq. 1 xal və ya 3 xal, fərqi yoxdur. Ən azından xalla qayıtmaq istəyirik. Qələbə qazansaq, daha yaxşı olar. Amma 1 xal da bizim üçün yaxşı nəticədir. Çünki “Sabah” güclü rəqibdir”.