- Baxış sayı: 16
- 27 Noyabr 2024 14:10
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
Premyer liqada yaranan qış fasiləsi ilə əlaqədar olaraq “Kəpəz”in üzvləri istirahətə buraxılıblar. Allsport.az saytı xəbər verir ki, komandanın tətil günləri gələn ilin yanvarın 4-nə kimi davam edəcək. Sonrakı 2 gün ərzində Bakıda tibbi müayinədən keçəcək futbolçular ayın 7-də baş məşqçinin sərəncamında olacaqlar. Məşqlər də bu tarixdən başlayacaq.
Yanvarın 8-dən isə “sarı-göylər” gündə iki dəfə olmaqla təlim-məşq toplanışına start verəcək. Ayın 13-nə kimi komanda “Dalğa arena”da qalıb çalışmalarını da burada davam etdirəcək. Daha iki gün isə futbolçular Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçəcək.
“Kəpəz”in üzvləri yanvarın 16-da istirahət edəcək. Bir gün sonra komanda Türkiyəyə yollanmaq üçün Heydər Əliyev Beynəlxalq Hava Limanında toplaşacaq. “Sarı-göylər”in hazırlığın bundan sonrakı hissəsini Antalyada davam etdirəcək. Gəncə klubu fevralın 2-nə qədər qardaş ölkədə olacaq.