“Kəpəz”in rəhbərliyi azarkeşlərlə görüşüb

“Kəpəz” Peşəkar Futbol Klubunun rəhbərliyi ilə azarkeşlər arasında növbəti görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, Gəncə şəhər stadionunda reallaşan yığıncaqda komandanın son çıxışları əsas müzakirə mövzusu olub.
Azarkeşlərin önünə klub rəsmilərindən Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu, icraçı direktor Cabir İbrahimov və fanklublarla iş üzrə əlaqələndirici Elmar Əliyev çıxıb. Müxtəlif fanklubların 50-yə yaxın üzvünün qatıldığı toplantıda əsas diqqət komandanın qış fasiləsindən sonra premyer liqada uğursuz iştrakına yönəlib.

Təxminən 2 saat davam edən görüş fikir mübadiləsi ilə qızğın müzakirələrə səbəb olub. Azarkeşlər çoxsaylı suallarla klub rəsmilərinə müraciət ediblər. Rəhbərlik fanatları maraqlandıran mövzular barədə fikirlərini bölüşüb, birlikdə təhlillər aparılıb. Eyni zamanda futbolsevərlərə komandanın düşdüyü çətin vəziyyətdən çıxarmaq üçün görülən işlərlə bağlı məlumat verilib.

Görüşün sonunda klub rəhbərliyi komandanın azarkeşlərlə bir ailə olduğunu və onların da sayəsində “sarı-göylər”in bu durumdan çıxacağına inandığını bildirib. “Kəpəz”in əvvəlki əzəmətini özünə qaytarması yönündə fanatların xüsusu rol oynadığı vurğulanıb.

 

Həmin kateqoriyadan