- Baxış sayı: 157
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 157
- Dekabr 05, 2025
- 0

“Kəpəz” Bakıda “Qarabağ”la oyunun hazırlıqlarını davam etdirir. Allsport.az xəbər verir ki, sözügedən komanda məşqlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçir.
“Sarı-göylər”in milli komandalarda olan futbolçuları Tərlan Quliyev, Rəşad Eyyubov və Budaq Nəsirov dünəndən düşərgəyə qoşularaq hazırlıq prosesində iştirak edir.
Onu da əlavə edək ki, “Kəpəz”in zədə səbəbindən bu vaxta kimi fərdi halda çalışan oyunçuları Kərim Diniyev, Xəzər Qəribov və Azad Kərimov da komanda ilə birgə məşqlərə başlayıb.