- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Arazın o tayının milli komandası Rusiyada Dünya Kubokunun qrup mərhələsini adlaya bilmədi. Allsport.az saytının məlumatına görə, bura rəğmən qonşularımız əzmkar oyunu ilə çoxunun rəğbətini qazandı. Nəzərə alaq ki, Serbiya İranla yoldaşlıq görüşü keçirməkdən boyun qaçıraraq rəqibin hazırlığını pozmuş, üstəlik ABŞ-ın sankiyası üzündən “Nayk” firması mundialın başlamasına bir neçə gün qalmış “aslanlar”ı butsla təmin etmərdən imtina etmişdi.
Türk futbolçu Kərim Ənsarifərd azərbaycanlı futbolsevərlərin xüsusi diqqətini çəkib. O, Portuqaliya ilə matçda 76-cı dəqiqədə meydana girib və 90+3-də 11-metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək, komandasına 1 xal qazandırıb. Güney Azərbaycandan, Ərdəbildən olan futbolçu qatıldığı bir televiziya proqramında türk olması ilə fəxr etdiyini və bunu qürurla hər yerdə qeyd etdiyini bildirib.