- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 119
- Noyabr 25, 2024
- 0
“Hər bir futbolçu üçün komandasının oyununa kənardan baxmaq çox çətindir. Adam istər-istəməz həyacanlı olur. Meydançada olanda heç nə hiss etmirsən, amma oynamayanda stress keçirirsən”. Allsport.az saytı xəbər verir ki, bu sözü Kərim Diniyevə deyib. Vərəqə limiti səbəbindən ötən tur “Rəvan” ilə oyunu buraxmış “Kəpəz”in yarımmüdafiəçisi, cəzasını artıq başa vurub.
Bu mənada onun Premyer Liqanın 33-cü turunda “Xəzər Lənkəran” ilə səfər matçında meydana çıxmasına əngəl qalmayıb: “Futbolçunun istəyi bütün oyunlarda komandasına kömək etməkdir. Düzdür, bəzən cəza və ya zədəyə görə oynaya bilmirsən. Mənim yoxluğuma baxmayaraq “Rəvan”a qarşı görüşdə “Kəpəz” yaxşı oyun nümayiş etdirib, qələbə qazandı”.