- Baxış sayı: 25
- 05 Dekabr 2025 19:37
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

“Kadillak” 2026-cı ildə ilk dəfə Formula-1 çempionatında iştirak edəcək heyətini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, komanda təcrübəli pilotlar, çoxsaylı mükafat yarışlarının qalibləri Serxio Peres və Valtteri Bottas ilə müqavilə bağladığını rəsmi elan edib.
Onlar birlikdə 527 qran priyə qatılıb və 16 qələbə qazanıblar. Bu da onları çempionatın ən təcrübəli duetlərindən birinə çevirib. Adı ilk çəkilən sürücü Azərbaycan mükafat yarışının 2-qat qalibidir. O, “Red Bull Xonda” heyətində 2021 və 2023-cü illərdə Bakıda 1-ci olub.
Valtteri Bottas isə 2019-cu ildə “Mercedes” komandasının tərkibində ölkəmizdəki yarışda qələbəyə yetişib. “Kadillak” 2026-cı ildən etibarən Formula-1 dünya çempionatının 11-ci rəsmi iştirakçısı olacaq.
Azərbaycan Qran-Prisi bu il 24–26 sentyabr tarixlərində keçiriləcək.