“Kadinin oyun tərzi “Krasnodar”a uyğundur, Rusiyada da parlaq çıxış edə biləcək”

“Sabah”ın baş məşqçisi, “Krasnodar”ın keçmiş çalışdırıcısı Murad Musayev Rusiya mətbuatına açıqlama verib. Allsport.az xəbər verir ki, “Matç TV”yə danışan mütəxəssis “Qarabağ”dan “Krasnodar”a keçən Kadinin keyfiyyətlərindən danışıb:

“Kadinin gedişi “Qarabağ” üçün itkidir. Lakin onlar bütövlükdə komanda olaraq güclüdürlər. Özü də, onlar əvvəllər “Monako”da oynamış Diakabini heyətinə qatdı. Gözləyək, görək necə olur. Amma düşünürəm ki, “Qarabağ” Kadinin gedişinin öhdəsindən gələcək. 

Fikrimcə, Kadi Borqes Azərbaycan Premyer Liqasının ən güclü oyunçu idi. O, özünü çempionlar liqası və Avropa liqasında aydın şəkildə göstərdi. Təbii ki, uyğunlaşma məsələsi, zədələr var. Amma ümumilikdə Kadinin oyun tərzi “Krasnodar”a uyğundur. Düşünürəm ki, o, öz güclü tərəflərini həyata keçirəcək və Azərbaycandakı kimi Rusiyada da parlaq çıxış edə biləcək”.

Həmin kateqoriyadan