- Baxış sayı: 65
- 27 Mart 2026 18:30
- Baxış sayı: 32
- Mart 29, 2026
- 0

İspaniya kubokunda 2-ci mərhələnin oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi “Kadis” evdə “Levante” ilə qarşılaşıb. Görüşün əsas vaxtı 1:1 hesabıyla bitib.
Tərəflər əlavə yarım saatda da qalibi müəyyənləşdirə bilmədiyindən, 11-metrlik zərbələrinə ehtiyac duyulub. Penaltiləri daha dəqiq yerinə yetirən – 3:2 – futbolçumuzun komandası növbəti mərhələyə adlayıb.
Həmvətənimiz bu görüşün iştirakçısı olub. O, 73-cü dəqiqədə meydana çıxıb. 81-ci dəqiqədə isə sarı vərəqə ilə cəzalanıb.