- Baxış sayı: 15
- 25 Noyabr 2024 13:46
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
İsveç çempionatında 25-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Emin Nurinin komandası – “Kalmar” da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda “Halmstad”la qarşılaşıb. Görüş futbolçumuzun komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. “Kalmar”ın əsas heyət oyunçularından olan Eminin adı son iki turda olduğu kimi, bu matçın da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, “Kalmar” hazırda 27 xalla 16 klub arasında 11-ci pillədə qərarlaşıb.