- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
İtaliya klubu, “Ayntraxt”ın və Yaponiya milisinin yarımmüdafiəçisi Daiçi Kamada ilə müqavilə imzalamağa yaxındır.
Allsport.az xəbər verir ki, 26 yaşlı futbolçu yayda “Milan”a azad agent kimi qoşulacaq və klubla 5-illik anlaşacaq.
Kamadanın “qartallar”la sözləşməsi iyunun 30-da başa çatır. Klub bundan əvvəl oyunçunun komandadan ayrılacağını bildirmişdi.
“Milan”a keçmək naminə o, “Atletiko” və Dortmund “Borussiya”sının təkliflərini rədd etmişdi.
2022/23 mövsümündə Kamada bütün yarışlarda “Ayntraxt” üçün 46 dəfə meydana çıxıb, 16 qol vurmuşdur və 7 məhsuldar ötürmə edib.