- Baxış sayı: 186
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 186
- Dekabr 05, 2025
- 0

Kamal Quliyev “Neftçi”nin yeni idman direktoru vəzifəsinə təyin olunub. Allsport.az saytı xəbər verir ki, 40 yaşlı mütəxəssislə rəsmi müqavilə imzalanıb.
1997-2002-ci illər aralığında “Neftçi”nin şərəfini qorumuş ünlü futbolçu, bu komandada 109 oyun keçirib və 19 qol vurub. O, “ağ-qaralar”da məşqçi kimi də fəaliyyət göstərib. Bu, 2011-2014-cü illərə təsadüf edib.
Sport24.az-ın məlumatına görə, Kamal Quliyevin son iş yeri tarixin yaddaşına qovuşmuş “Neftçala” olub. Mütəxəssis ardıcıl 2 dəfə bu komandaya baş məşqçi kimi 1-ci dvizionun çempionluğunu yaşadıb.