Kamal Quliyev: “Ustalıq səviyyəsinə görə rəqib bizi üstələdi”

“Neftçala”nın baş məşqçisi Kamal Quliyev Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, neftçalalıların çalışdırıcısı 0:1 hesabıyla uduzduqları görüşdən sonra bunları söyləyib:

“Biz bu oyunu səbirsizliklə gözləyirdik. Danışanda Premyer Liqadan dəm vururuq, Premyer Liqada oynamaq istəyirik. Düşünürəm ki, ustalıq səviyyəsinə görə rəqib bizi üstələdi və son dəqiqədə qol vurdular. Komandamı təbrik edirəm, əzmkar oyun sərgilədilər. Mən futbolçularla söhbətdə demişdim ki, “Sumqayıt”la oyun bizim üçün sınaqdır. Bizim əsas məqsədimiz 1-ci divizionun qalibi olmaqdır. Kubok yarışında isə gücümüz çatan qədər mübarizə apardıq. Bundan artığını edə bilməzdik”.

Həmin kateqoriyadan