- Baxış sayı: 113
- 20 Mart 2026 23:43
- Baxış sayı: 144
- Mart 19, 2026
- 0

FİFA referisi Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.
Allsport.az xəbər verir ki, Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin “A” qrupu çərçivəsində keçiriləcək Albaniya – Almaniya oyununun baş hakimi olacaq. Ona finlandiyalı Olli Jantunen və xorvatiyalı Luka Pajić kömək edəcəklər. Dördüncü hakim funksiyasını xorvatiyalı Patrik Kolarić yerinə yetirəcək.
Qrup mərhələsinin II turunun qarşılaşması mayın 22-də Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək.
Kamal Umudlu Avropa çempionatının final mərhələsinə ehtiyat hakim kimi təyinat almışdı. Lakin qitə birinciliyinin ümumi siyahısında yer alan baş hakimlərdən biri zədələndiyindən, onu K.Umudlu əvəzləyib.