Kamandar Məcidov: Avropa oyunlarına Azərbaycan çox yaxşı ev sahibliyi etdi, Belarus da həmçinin…

“Azərbaycanda Avropa oyunları çox yaxşı keçdi. İndi həmin yarış Minskdə təşkil edilib. Deyim ki, hansısa üstün idi, yox – hər ikisi yüksək səviyyədə.
Oyunları öncəsi yollar düzəldildi, binalar abadlaşdırıldı. Burda da eyni şəkildə. Minsk əvvəldən təmiz olub. Ümumən, hər 2 ölkədə inkişaf var”.

Bunu allsport.az saytına aşıqlamasında Belarus Güləş Federasiyasının prezidenti, həmyerlimiz Kamandar Məcidov dedi. Onun fikrincə, Minsk-2019-un açılışı yüksək səviyyədə oldu:

“Burda güləşdən çoxlu olimpiya çempionları var. Aleksandr Medved açılış ayinlərində birbaşa iştirak etməsədə, sonadək mərasimi “Dinamo” stadionundan izlədi. Sadəcə, səhhəti bir az yaxşı deyil. Təşkilati işlərə ölkə başçısı Aleksandr Qriqoriç özü nəzarət edir, tapşırıqlarını verirdi. 2 il ərzində xeyli arenalar tikildi.

Oyunların aşılışı möhtəşəm keçdi. Çox yerdə olmuşam, düzü, bizim mərasimin belə gözəl və maraqlı alınacağını gözləmirdim. Avropa oyunları ideyası yaxşı ideyadır. Bir az BOK tərəfindən qısqanclıq var, amma düşünürəm ki, zamanla bu da yoluna qoyulacaq”.

Kamran HACI, Minsk

Həmin kateqoriyadan