- Baxış sayı: 32
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 33
- Noyabr 26, 2024
- 0
Kamran Ağayev Azərbaycan millisində buraxdığı qol sayı üçrəqəmli ədədlə ifadə olunan ilk qapıçı kimi tarixə düşüb. Allsport.az saytı xəbər verir ki, qolkiperin yığmada buraxdığı 100-cü qol Almaniya ilə matça təsadüf edib.
DÇ-2018-in seçmə mərhələsində bu görüşədək 64 dəfə milli forması geyinən həmyerlimiz 97 top buraxmışdı. Mario Qomesin 45-ci dəqiqədə vurduğu top Bundestimin bu matçda 3-cü qolu olub. Kamran da bununla 100-ə çatıb.
Apasport.az-in məlumatına görə, 4:1 hesabı ilə qələbə qazanan qonaqlar onu 101-ci dəfə də məyus edə biliblər. Azərbaycan millisi tarixində 100 və daha çox top buraxan ilk və yeganə qapıçı olan Kamran orta hesabla hər matçda 1,554 qola üzülüb.