- Baxış sayı: 33
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

Azərbaycan millisinin qapıçısı Kamran Ağayev karyerasını Rusiyada davam etdirə bilər. Allsport.az saytı xəbər verir ki, təcrübəli qolkiper “Amkar”a keçmək üzrədir.
Hazırda Perm klubu ilə 31 yaşlı futbolçu arasında danışıq gedir. İlkin məlumata görə, tərəflər demək olar, razılaşıblar.
Keçən mövsüm “Boavişta”da çıxış edən həmyerlimiz məşhur qalmaqaldan sonra, Portuqaliya təmsilçisinin sıralarını tərk etmək məcburuyyətində qalmışdı. O bu Pireney çempionatında 12 matçda qapısından 14 qol buraxıb.