- Baxış sayı: 33
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 147
- Fevral 02, 2026
- 0
Azərbaycan millisi DÇ-2018 ələməsində səfərdə Çex Respublikası ilə qolsuz heç-heçəyə nail olmaqla, seçmə mərhələlər tarixində bir sıra göstəricilərini yaxşılaşdırıb.
Allsport.az saytı xəbər verir ki, “ay-ulduzlular”ımız indiyə qədər iştirak etdiyi 12 Avropa və dünya çempionatının təsnifatının heç birində ilk 3 oyundan 7 xalla ayrıla bilməmişdi.
Eyni zamanda millimizin qapıçısı Kamran Ağayev artıq üç oyundur qapısında qol görmür. Bütövlükdə, bu tsikldə topladığımız 7 xal Azərbaycanın seçmə mərhələlər tarixində 2-ci nəticədir. DÇ-2014-də millimiz 9, AÇ-2012-də isə 7 xal toplamışdı.