- Baxış sayı: 20
- 26 Noyabr 2024 15:13
- Baxış sayı: 157
- Noyabr 25, 2024
- 0
Azərbaycan millisinin qapıçısı Kamran Ağayev karyerasını Portuqaliyada davam etdirəcək. Allsport.az xəbər verir ki, bu yay özünə klub tapa bilməyən, son anda “Sumqayıt”la müqavilə imzalayan futbolçu gözlənilmədən dünən Portuqaliyanın “Boavişta” klubu ilə anlaşıb. O, mövsümün sonunadək Pireneydə qalacaq.
Artıq klub bu barədə rəsmi məlumat da yayıb. Qolkiper Premyer liqa komandasına azad agent statusu ilə keçib. Çünki futbolçunun “Sumqayıt”la müqaviləsində onun xarici klubdan dəvət alacağı halda problemsiz buraxılmasına dair bənd var idi. Kamran bu gündən etibarən yeni komandası ilə hazırlıqlara başlayacaq.
Qapışımız “ağ-qara xanalı bəbirlər”ə keçidi ilə bağlı ilk açıqlamasını da verib. O, klub saytına açıqlamasında bunları söyləyib: “Portuqaliyada oynayacağım, “Boavişta” kimi Avropa nəhəngində oynayacağım üçün çox şadam. Öz oyunumla “Boavişta” azarkeşlərini sevindirəcəyimə söz verirəm”.
Xatırladaq ki, “Boavişta” bu yay Azərbaycan yığmasının digər futbolçusu Emin Mahmudovu da heyətinə qatmışdı.