- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Millimizin və “Boavişta” klubunun üzvü Kamran Ağayev AFFA “Facebook” səhifəsinə son günlərdə azarkeşləri maraqlandıran suallarla bağlı fikirlərini bildirib. Allsport.az saytı xəbər verir ki, qolkiper “Neftçi”yə keçməyi ilə bağlı yayılan xəbərlərin doğru olmadığını deyib:
– Hazırda klubda vəziyyət yaxşıdır. Son oyunda oyun boyu irəlidəydik, ancaq bəxtimiz gətimədi. Benfika dünyada tanınmış, avropada sözünü demiş komandadır. Benfikadan 1 xal almaq da yaxşı nəticədir. Ümumiyyətlə abu-hava yaxşıdır, heç bir problem yoxdur. Komandama bağlıyam və onun uğurları üçün çalışıram;
– Oyundan sonra xoşagəlməz hadisə yaşandı. Hamı deyir ki Kamran Ağayev dalaşıb. Təbii ki, bu hadisə yaşanmamalı idi. Ancaq bəzən hissləri cilovlamaq olmur, həmin anda nə qərar verəcəyini bilmirsən. Bu böyük futbolçularla da baş verir. Məsələn Zidan Materazzini təhqirə görə vurmuşdu və bundan sonra ümumiyyətlə futboldan uzaqlaşmışdı. Rəqib oyunçu ilə üz-üzə gəldik, ayrılandan sonra arxamca söyüş söydü və mən bunu həzm edə bilmədim. Azərbaycan xalqının adına ləkə gətirəcək bir hərəkət elədiyimi düşünmürəm. Əgər elə bir hərəkətim olubsa xalqımdan üzr istəyirəm. Əlbəttə ki, bu hadisə olmamalı idi. Niyə mənlə baş verdiyini araşdırsaq nəzərə almaq lazımdır ki, Benfika çempionluğa oynayan komandadır. 65000-in azarkeşin önündə 3 top geridə olmaqları və sonra qalib gələ bilməməkləri onlara pis təsir edirdi. Mən oyunun gedişatına çox təsir göstərirdim, oyunu gecikdirməyim və ritmi salmağım onları özündən çıxarırdı;
– “Neftçi” ilə bağlı xəbərlər doğru deyil, bu məsələ ilə bağlı danışığımız olmayıb. Haazırda “Boavişta”nın üzvüyəm, mövsümün axırına qədər müqaviləm var. Sonra nə olacağı ilə bağlı indi bir şey deyə bilmərəm.