- Baxış sayı: 36
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 53
- Dekabr 05, 2025
- 0

Türkiyə Kubokunda üçüncü təsnifat mərhələsinin oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin komandası – “Karşıyaka” da bu mərhələdə mübarizə aparıb.
İzmir klubu doğma meydanda “Tekirdağspor”la qarşılaşıb. Qarşılaşma 3:2 hesabıyla futbolçumuzun komandasının xeyrinə başa çatıb. Amma Kamranın adı bu görüşün iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, bu mərhələdə qalib bir oyunda müəyyənləşirdi. Ona görə “Karşıyaka” qələbə sayəsində adını növbəti mərhələyə yazdırıb.