- Baxış sayı: 27
- 05 Fevral 2026 12:43
- Baxış sayı: 197
- Fevral 04, 2026
- 0
Portuqaliya Premyer-liqasında 10-cu turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, milli komandamızın üzvləri Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu “Boavişta” səfərdə “Rio Ave” ilə üz-üzə gəlib.
Azərbaycanlı futbolçuların komandası bu görüşdən qələbə ilə ayrılıblar – 2:1. Qapıçımız yenə start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb. O, 90-cı dəqiqədə sarı vərəqə də alıb. Eminin adı matçın iştirak ərizəsində yer almayıb.
“Şahmatlı bəbirlər” hazırda 13 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.