- Baxış sayı: 14
- 04 Fevral 2026 14:25
- Baxış sayı: 153
- Fevral 02, 2026
- 0

Çex Respublikasının 1-ci liqasının 6-cı turunda millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” doğma meydanda “Zbroyovka” ilə qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, ev sahibləri bu görüşdə böyük hesabla qalib gəlib (3:0).
Həmyerlimiz matçın iştirakçısı olmayıb. Ötən tur yeni komandasında debüt edən və biabırçı səhvlər edən qolkiperimiz bu dəfə gözlənildiyi kimi ehtiyatda qalıb.
“Ağ-mavilər” 4 xalla 16 klub arasında 15-ci pillədədir.