- Baxış sayı: 73
- 31 Oktyabr 2024 19:37
- Baxış sayı: 97
- Noyabr 21, 2024
- 0
Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu “Neftçi”nin futbolçusu Nikolas Kanales üçün əlamətdar olub. Allsport.az xəbər verir ki, “İnter”lə qarşılaşmada (2:0) dubl müəllifi olan çilili hücumçu “ağ-qaralar”ın heyətindəki qolların sayını 40-a çatdırıb.
Bu matçadək keçirdiyi 76 oyunda 38 dəfə rəqib qapılarına yol tapan Nikolas eyni sayda qol vuran komanda yoldaşı Flavinyonu arxada qoyub. Braziliyalı 174 matçda 38 dəfə fərqlənib.
Kanales Premyer Liqada 55 oyunda 34, ölkə kubokunda 8 oyunda 3, avrokuboklarda 14 oyunda 3 qol vurmağı bacarıb. “İnter”lə qarşılaşmayadək ölkə kubokunda 1 dəfə fərqlənən çilili 2013-cü il aprelin 24-də “Qarabağ”la yarımfinalın cavab qarşılaşmasında (2:2) qola sevinmişdi. “İnter”lə qarşılaşmada 2 qol vuran hücumçu “Neftçi”də 7-ci dubluna imza atıb.