- Baxış sayı: 39
- 30 Mart 2026 21:25
- Baxış sayı: 389
- Mart 30, 2026
- 0

“Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane mövsümün sonuna qədər paytaxt klubunda qalacaq.
Allsport.az xəbər verir ki, müqavilə ilə “Olimpiakos”a məxsus olan 24 yaşlı oyunçunun dönüşü mövsümün sonunda baş tutacaq. Pirey təmsilçisi bir müddət əvvəl Qvineya millisinin üzvünü qış fasiləsində heyətinə cəlb etməyi nəzərdən keçirirdi. Lakin məşqçilər korpusu oyun praktikasını itirməməsi üçün Kanenin “Neftçi”də qalmasını məqsədəuyğun bilib.
Yay fasiləsində “Olimpiakos”a transfer olunan Mamadu Kane 1 illik “Neftçi”yə icarəyə verilib. Onun yunanlarla müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.