- Baxış sayı: 29
- 06 Fevral 2026 10:17
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

“Barselona” “Mançester Siti” ilə Joao Kanselonun transferi ilə bağlı razılıq əldə edib.
Allsport.az xəbər verir ki, Mançester təmsilçisi müdafiəçisi üçün 35 milyon avro tələb edir. “Göy-qırmızılar” gələn yay Kanselonu heyətinə qatmaq üçün, bir neçə oyunçusunu satmalı olacaq. Üstəlik, futbolçu inamlı oyun nümayiş etdirməyə davam edərsə, “şəhərlilər”in qiyməti qaldıracağı istisna olunmur.
Bu mövsüm Kanselo “Barselona”nın heyətində 5 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.