Kapitan 250-ci oyununu derbidə keçirib

Premyer liqasının ilk turunun “Neftçi” ilə oyunu “Qarabağ”ın futbolçusu Qara Qarayev üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, yarımmüdafiəçi Ağdam təmsilçisinin heyətində 250-ci matçını keçirib. Komandasının 3:1 hesablı qələbə qazandığı görüşə qədər kapitan 249 matçda 2 qol vurmuşdu.

“Qarabağ”da 250-ci oyunu Azərbaycan derbisinə təsadüf edən Qaranın çempionlar liqasında 16, Avropa liqasında 37 matça çıxıb. Daxili yarışlarda da komandasının aparıcı üzvlərindən olan yarımmüdafiəçi premyer liqada 172, Azərbaycan kubokunda 25 matç keçirib. O, hər iki qolunu çempionatda vurub.

Qeyd edək ki, Qaranın “Qarabağ”da ilk oyunu 2009/10 mövsümünə təsadüf edib. 2009-cu il dekabrın 10-da “Muğan”la ev matçında (2:1) debüt edən yarımmüdafiəçi karyerası boyu yalnız bir klubda oynayıb.

Həmin kateqoriyadan