- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Monteneqro yığmasının kapitanı Stefan Yovetiç millətlər liqasında Kiprlə keçirəcəkləri matçdan öncə açıqlama verib. Allsport.az xəbər verir ki, Fransanın “Monako” klubunda çıxış edən 30 yaşlı hücumçu qrupda yer alan Azərbaycan və Lüksemburqdan da danışıb:
“Azərbaycan, Kipr və Lüksemburq yaxşı komandalardır. Rəqiblərimizdən səviyyəcə üstün kollektivik. Ancaq ayaqlarımızı yerə möhkəm basmalı, yaxşı nəticələrə nail olacağımıza inanmalıyıq. Kiprlə oyunda qalib gəlməli və bunun ardını gətirməliyik. Millidə oynamaq mənə həmişə zövq verib. UEFA millətlər liqasını yaratmaqla doğru addım atıb. Buradakı oyunlar yoldaşlıq matçlarından daha cəlbedici görünür. Yüksək reytinq üçün mübarizə apara bilərik”.
Monteneqro sentyabrın 5-də Kiprlə, 3 gün sonra isə Lüksemburqla üz-üzə gələcək. Azərbaycan millisi oktyabrın 10-da Podroritsada Monteneqronun qonağı olacaq. Cütün cavab oyunu isə noyabrın 14-də Bakıda olacaq.