- Baxış sayı: 6
- 03 Fevral 2026 14:50
- Baxış sayı: 142
- Fevral 02, 2026
- 0

Bu gün Emin Mahmudov “Neftçi”nin heyətində 100-cü rəsmi oyununa çıxıb. Allsport.az saytı xəbər verir ki, əlamətdar hadisə flaqmanın “Sumqayıt”la görüşünə təsadüf edib.
Bu münasibətlə klub prezidenti Kamran Quliyev ona xatirə hədiyyəsi təqdim edib. Yubiley matçı futbolçuya düşərli olmayıb, “Neftçi” qonaqlara 0:2 yenilib.
Kapitan 83 çempionat, 8 kubok, 9 avrokubok matçında “ağ-qara” geyimi geyinib.