- Baxış sayı: 50
- 17 Fevral 2026 23:41
- Baxış sayı: 354
- Fevral 16, 2026
- 0

“Bavariya”nın kapitanı Manuel Noyer bundesliqanın “Verder Bremen”ə qarşı keçirilən son oyununda sol baldır əzələsini yırtıb.
Allsport.az xəbər verir ki, 39 yaşlı qapıçı bu zədə səbəbindən təxminən üç həftə yaşıl meydanlardan uzaq qalacaq.
Fevralın 14-də baş tutan həmin matçın fasiləsində əvəzlənən Noyeri gənc qapıçı Yonas Urbiq əvəz edib. Kapitanın yoxluğunda “Bavariya”nın qapısını məhz 22 yaşlı Urbiqin qoruyacağı gözlənilir.
Noyer cari mövsümdə 22 rəsmi oyunda 9 dəfə qapısını toxunulmaz saxlayıb.