- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Asif Məmmədov “Qəbələ” ilə premyer liqada 150-ci oyununa çıxıb. Allsport.az saytı xəbər verir ki, kapitanın yubileyi 25-ci turun “Zirə” ilə görüşündə gerçəkləşib. 90 dəqiqə meydanda olan futbolçu 3:0 hesablı qələbəyə sevinib.
O, “Qəbələ”nin heyətində 2006/07 mövsümündə debüt edib. 8 illik fasilədən sonra 2015-ci ilin yayında komandaya dönən oyunçu indiyədək 150 çempionat matçında 13 qol vurub.
Asif Məmmədov “qırmızı-qaralar”ın premyer liqada ən çox oyun keçirən futbolçuları arasında yalnız Urfan Abbasovdan (200) geri qalır.