- Baxış sayı: 34
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

“Neftçi”, Emin Mahmudovla yeni müqavilə bağlayıb. Allsport.az saytı xəbər verir ki, 31 yaşlı futbolçu ilə 2+1 il şərtli anlaşma imzalanıb.
2017-ci ilin sentyabrında “Neftçi”yə transfer olunmuş yarımmüdafiəçinin müqaviləsinin müddəti 2022/2023 mövsümünün sonunda başa çatmışdı. Geridə qalan 6 mövsüm ərzində “ağ-qaralar”ın heyətində 191 oyun keçirib və 50 qol vuran Mahmudov, 2020/2021 mövsümündə Azərbaycan çempionu olub.
Bundan əvvəl qapıçı İvan Brkiçlə müqavilənin müddətini uzadan flaqman, millinin üzvləri – qapıçı Emil Balayev və xorvat əsilli yarımmüdafiəçi Filip Ozobiçi transfer edib.