- Baxış sayı: 48
- 16 Dekabr 2024 20:47
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
Dünya Karate Federasiyasının hakimlər komissiyası Bakıda 3-cü beynəlxalq seminar təşkil edilib. Allsport.az saytı xəbər verir ki, bizimkilərin dəvəti ilə növbəti dəfə paytaxtımızda olan sədr Xavyer Eskalante (İsveç), katibin köməkçisi Fariba Madani (ABŞ) və komissiyanın üzvü Cavad Səlimi (İran) Rusiyadan, İrandan və Türkmənistanla birgə, yerli hakim və məşqçilərə seminarın nəzəri və praktiki hissəsində son yeniliklər və dəyişikliklərlə bağlı ətraflı məlumat veriblər.
Milli komandanın üzvləri də seminarda iştirak edib. WKF hakimlər komissiyasının rəsmiləri seminar içtirakçılarını maraqlandıran suallara cavab verib, müxtəlif döyüş vəziyyətlərində yaranan halların referilər tərəfindən qiymətləndirilməsi məqamlarını aydınlaşdırıblar.