- Baxış sayı: 18
- 26 Noyabr 2024 17:17
- Baxış sayı: 34
- Noyabr 26, 2024
- 0
Çex Respublikasının baş məşqçisi Karel Yarolim DÇ-2018-in seçmə mərhələsində Azərbaycanla heç-heçəni (0:0) hələ də həzm edə bilmir. Allsport.az saytı xəbər verir ki, o, yerli KİV-ə növbəti açıqlamasında bunu deyib:
“Təəssüf ki, Azərbaycanla oyuna yaxşı başlaya bilmədik. Bu, çox vacib idi. Üç oyun keçirib hələ də qol vura bilməməyimizə çox təəssüflənirəm. Qələbə qazanmaq istəyiriksə, qol vurmağa başlamalıyıq. Azərbaycanla oyunun videoyazısını diqqətlə izlədim.
Mənə elə gəlir ki, Azərbaycan yığmasının müdafiə xəttini yarmaq üçün daha sərt təzyiq göstərməli idik. Amma biz çoxsaylı qol imkanını boşa verdik. Hətta 2 hücumçu ilə oynamağımızın da köməyi olmadı”.