- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Toro Rosso”nun sürücüsü Karlos Sayns testlərin ilk günündə böyük komandaların atdığı dövrə sayına görə təəccüblənib. Allsport.az saytı xəbər verir ki, “Mercedes”ə oxşarlığı ilə seçilən bu komandanın 2017-ci il bolidi testlərin ilk günündə yaxşı təsir bağışlamayıb. İtalyanlar gün ərzində cəmi 51 dövrə vura biliblər və böyük komandaların – Mercedes (152), Ferrari (128) və Williams-ın (103) gerisində qalıblar.
F-1.az xatırladır ki, Karlos Sayns bununla bağlı bunu deyib: “Tamamladığımızdan daha artığını etməyi planlaşdırırdıq. Bolidlə bağlı həll etməli olduğumuz bəzi problemlər var: bunların testlərdə baş verməsi normal və gözləniləndir. Başa düşmürəm ki, digər komandalar necə oldu ki, 120-150 dövrə vurdular. Amma testin ilk günü həmişə çətin olub. Özünüzü “Ferrari” və ya “Mercedes” ilə müqayisə edə bilməzsiniz.
Testin ilk günü idi. Həm mühərrik, həm də şassi üzərində işləməli idik. Boksda və trasda bizə mane olan bəzi problemlər tapırıq. Bu normaldır. Bu şassiyə görədir. Ümid edirəm ki, sabah Kvyat məndən çox dövrə vurar. Sonra mən və yenə o çoxlu dövrələr vurarıq. Testin qalan günlərində hədəfimiz bu olmalıdır”.