- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Toro Rosso”un sürücüsü Karlos Sayns əsas hədəfini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o, gələn mövsüm “Red Bull” komandası ilə dünya çempionu olmağı düşünür. F-1.az-a görə, ispaniyalı pilotla “Ferrari”, Mersedes” və “Renault” maraqlansa da, “Red Bull” keçidə imkan verməmişdi.
“Gələn ildən etibarən çempionluq uğrunda mübarizə aparan komandada yarışmaq istəyirəm. İlk seçimim “Red Bull” olacaq, amma müqavilə bağlaya bilməsəm, digər alternativləri dəyərləndirəcəm. “Red Bull” bu istəyimi bilir və əgər şans versələr, nələr edə biləcəyimi göstərəcəm.
Bu mövsüm “Toro Rosso” komandası olaraq əsas məqsədimiz Mühəndislər kubokunda 5-cilikdir. Mən də hər yarış xal almağa çalışıram. Stabil olmağa davam etsəm, əlimə fürsətlər keçəcək. Xüsusən də, bu mövsüm strategiya cəhətdən çox güclüyük və yaxşı nəticələr alırıq. Ümid edirəm ki, işlər qaydasında gedər” – deyə, Karlos Sayns əlavə edib.