- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Toro Rosso”nun sürücüsü Karlos Sayns çərşənbə günü testlərdən sonra sevincli olduğunu və gözəl iki günü geridə qoyduqlarını deyib. Allsport.az saytı f-1.az-a istinadən xəbər verir ki, o, xal qazana biləcəyi Bəhreyn qran-prisində Strolla çırpılmış və yarışı vaxtından əvvəl başa vurub:
“İkigünlük testlərdə heç problem yaşamadıq və çox sevincliyik. Çoxlu yeni detallar sınaqdan keçirdik və bunların bolidə xeyir verməsini gözləyirik. Komandaya və “Renault”a təşəkkür etməliyəm.
Bolidimiz güclüdür və orta qrupun ən sürətli komandalarından biriyik. Rusiyadakı yarışa 3 pillə geridən başlasam da, bunu kompensə edə bilərəm. Ümid edirəm ki, problemsiz həftəsonu keçirərək, gözəl xallar toplaya bilərik”.