- Baxış sayı: 61
- 27 Mart 2026 18:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0
Almaniya ikinci Bundesliqasında 33-cü turun oyunları baş tutub. Allsport.az saytı xəbər verir ki, “ay-ulduzlular”ımızın yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Karlsrue” səfərdə “Leypsiq”lə qarşılaşıb.
Matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb – 0:2. Həmvətənimiz bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib. “Karlsrue” hazırda 46 xalla 18 klub arasında 8-ci pillədə qərarlaşıb.