- Baxış sayı: 31
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Real Betis”in yarımmüdafiəçisi Villiam Carvalyo cinsi zorakılıq işində ifadə vermək üçün çərşənbə axşamı səhər Sevilya məhkəməsinə yollanıb.
Allsport.az xəbər verir ki, qadın onu 2023-cü ilin avqustunda narkotik maddə içdirməkdə və zorlamaqda ittiham edib.
Yarım saat ifadə verən portuqaliyalı şikayətçi ilə intim münasibətdə olduğunu etiraf etsə də, hər şeyin qarşılıqlı razılıq əsasında baş verdiyini qeyd edib.
Hakim faktları öyrəndikdən və ifadə verdikdən sonra heç bir cinayət əlaməti görmədiyi üçün Portuqaliya millisinin tərkibində 2016-cı ilin Avropa çempionuna qarşı ittiham irəli sürülməyib və heç bir qabaqlayıcı tədbir görülməyib.