- Baxış sayı: 41
- 30 Mart 2026 21:25
- Baxış sayı: 511
- Mart 30, 2026
- 0

2021/2022 mövsümündə region liqasında çıxış edəcək daha bir komandanın adına aydınlıq gəlib.
Allsport.az xəbər verir ki, “Karvan” klubu yeni mövsümdən həvəskar komandalar arasında çempionatda mübarizə aparacaq.
Yevlax təmsilçisinin yarışda iştirakı artıq təsdiqlənib.
2004-cü ildə təsis olunmuş “Karvan” klubu 2014-cü ildə fəaliyyətini dayandırıb. Premyer liqanın gümüş və bürünc mükafatçısı, ölkə kubokunun finalçısı olmuş kollektiv UEFA kubokunda ilk dəfə mərhələ keçən Azəbaycan təmsilçisi kimi tarixə düşüb.